Dəfndə iştirak üçün gedən 19 nəfər öldü, 20-si yaralandı


Çinin Tszyansi əyalətində yük maşını dəfn karvanındakı maşınlara çırpılıb.


Musavat.com xarici mediaya istinadən xəbər verir ki, ikin məlumata görə, qəza nəticəsində azı 19 nəfər ölüb, 20 nəfər yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb. Hadisə şahidləri ölən və yaralananların çoxunun dəfn mərasimində iştirak edənlər olduğunu bildirib.

Polis qəzadan təxminən 1 saat sonra qatı duman səbəbiylə sürücülər üçün görüş məsafəsi xəbərdarlığı edib və qəza ilə bağlı araşdırma başladılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu