CNN: ABŞ Maduronun təyyarəsini ələ keçirdi


ABŞ Venesuela prezidenti Nikolas Maduronun təyyarəsini ələ keçirib və təyyarəni Floridaya göndərib.


AFN.az xəbər verir ki, bu barədə mənbələrə istinadən CNN məlumat yayıb.

Vaşinqton hesab edir ki, təyyarə Amerika sanksiyalarından yayınaraq alınıb. O, bazar ertəsi Dominikan Respublikasından Floridaya aparılıb. Təxminən 13 milyon dollar dəyərində olan təyyarə son bir neçə ay ərzində Dominikan Respublikasında olub. Əməliyyatda ABŞ Ədliyyə Departamentinin, Daxili Təhlükəsizlik Departamentinin və ABŞ Ticarət Nazirliyi yanında Sənaye və Təhlükəsizlik Bürosunun əməkdaşları iştirak ediblər.

"Xarici dövlət başçısının təyyarəsinin ələ keçirilməsi görülməmiş bir hadisədir. Biz açıq şəkildə bildirmək istəyirik ki, heç kim qanundan və Amerika sanksiyalarından üstün deyil", - adını açıqlamayan Amerika rəsmisi televiziya kanalına deyib.

CNN-in qeyd etdiyi kimi, bu insident ABŞ və Venesuela arasında onsuz da “soyuq münasibətlərin” kəskinləşməsindən xəbər verir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu