Şimal Buzlu Okeanın dərinliklərində yeni antibiotiklər kəşf edilib


Hazırda istifadə edilən antibiotiklərin əksəriyyəti quruda yaşayan aktinobakteriyalardan əldə edilir, lakin antibiotiklərə qarşı müqavimət artdıqca elm adamları yeni mənbələr axtarırlar.


Dəniz mühitində yaşayan aktinobakteriyaların təzyiq, temperatur və duz sıxlığı kimi faktorlara görə daha müxtəlif birləşmələr əmələ gətirdiyi düşünülür. Bu çərçivədə 2020-ci ildə Şimal Buzlu Okeanından çıxarılan bəzi onurğasız canlılardakı aktinobakteriyalar araşdırılıb.

"Frontiers in Microbiology" jurnalında dərc edilən araşdırmada dörd aktinobakteriya növünün enteropatogen E. coli (EPEC) bakteriyalarına təsiri tədqiq edilib.

EPEC xüsusilə kiçik uşaqlarda şiddətli ishala səbəb olan bakteriya kimi tanınır. Araşdırmalar nəticəsində məlum olub ki, iki növ aktinobakteriya bu bakteriyanın xəstəlik törətməsinə mane olub.

Tədqiqatçılar bu birləşmələrin antibiotik kimi istifadə edilməzdən əvvəl daha çox araşdırmaya ehtiyacı olduğunu və birləşmələrin təfərrüatlı şəkildə araşdırılması üçün böyük miqdarda istehsal edilməsi lazım olduğunu vurğulayırlar.

Helsinki Universitetindən tədqiqatın həmmüəllifi Payvi Tammela, klinik istifadədə təsirini görmək üçün daha çox araşdırmaya ehtiyac olduğunu bildirib, lakin dənizin dərinliklərində kəşf edilməyi gözləyən başqa birləşmələrin olduğuna ümid etdiklərini əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu