ŞOK! Cərrahın uşağı əməliyyata girdi və xəstənin kəllə sümüyündə deşik açdı
Avstriyada cərrahın 13 yaşlı qızının xəstənin kəllə sümüyündə deşik açdırdığı iddia edilir.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, hadisə yanvar ayında meşə qəzasında başından ciddi xəsarət alan 33 yaşlı kişinin təcili yardım təyyarəsi ilə Qraz Universiteti Xəstəxanasına çatdırılması ilə başlayıb. Təcili əməliyyat tələb edən bu vəziyyətdə cərrahın azyaşlı qızının əməliyyata qatılmasına icazə verdiyi, hətta kəllə sümüyündə deşik açmağa icazə verdiyi iddia edilir.
Əməliyyatın rahat keçdiyi bildirilsə də, xəstə hələ də işləyə bilmir və bütün cərrahi qrup Qraz prokurorluğu tərəfindən araşdırılır.
Şikayət apreldə anonim şəkildə prokurorluğa göndərilib və zərərçəkənə yalnız iyul ayında polis məlumat verib.
Əməliyyatı həyata keçirən cərrah və digər mütəxəssis xəstəxana tərəfindən işdən çıxarılıb.
Hadisə ilə bağlı zərərçəkmişin vəkili Peter Freiberger belə reaksiya verib: "Belə bir vəziyyətdə şüursuz olaraq subyektə çevrilirsən. Bu, qəbuledilməzdir, belə bir şey etmək olmaz".
Travmatik cərrahiyyə mütəxəssisi Manfred Boqner bu vəziyyətdən təəccübləndiyini bildirib və əməliyyat otağının yalnız işini görmək üçün orada olan insanlara aid olduğunu və uşağın belə bir əməliyyatda iştirak etməməsi lazım olduğunu bildirib.
Mövzu ilə bağlı Qraz Universiteti Xəstəxanasından açıqlama gözlənilir.