Almaniyada bıçaqlı hücuma görə məsuliyyəti İŞİD öz üzərinə götürüb


Almaniyanın Solingen şəhərində 3 nəfərin həyatını itirdiyi bıçaqlı hücuma görə məsuliyyəti terror təşkilatı İŞİD öz üzərinə götürüb.


Şəhərin yaranmasının 650 illiyi münasibətilə keçirilən festivalda bıçaqla bir şəxs ətrafdakıları hədəfə alıb.

Hücum nəticəsində biri qadın olmaqla 3 nəfər ölüb. 5-i ağır olmaqla 8 nəfər yaralanıb.

Şəhərdə geniş təhlükəsizlik tədbirləri görülüb, əhalidən diqqətli olmaları istənilib. Şübhəli şəxs aşkar edilərsə, dərhal polisə məlumat verilməsi xahiş olunur.

İstintaq şəhər hüdudlarından kənara yayılıb. Bir çox yollar bağlanıb.

Alman polisi hücumda şübhəli bilinən 15 yaşlı gənci saxlayıb. Hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu