İŞİD Kabildəki terrora görə məsuliyyəti üzərinə götürdü
İŞİD qruplaşması Kabildə törədilən terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Xatırladaq ki, “Politico” nəşri də Amerika administrasiyasındakı mənbəyə və məlumatlı şəxslərə istinadən Kabil hava limanında baş verən partlayışa görə İŞİD terror təşkilatının məsuliyyət daşıdığını açıqlayıb.
Qeyd edək ki, bu gün Kabil hava limanında partlayış törədilib. Hadisə nəticəsində azı 60 nəfər ölüb, 140 nəfər yaralanıb.