Hava limanını İŞİD partladıb
"İslam Dövləti" terror qruplaşması Kabildə Talibana qarşı yanvarın 1-də edilmiş hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
AFN.az-ın məlumatına görə, bu barədə "Reuters" açıqlama yayıb.
Silahlı qrup "Telegram" sosial şəbəkəsində bildirib ki, onların hücumu nəticəsində 20 nəfər ölüb, 30 nəfər yaralanıb.
Əfqanıstan Daxili İşlər Nazirliyi isə ölənlərin sayı ilə bağlı İD-nin iddiasını təkzib edib. Nazirlik ölənlərin sayının rəsmən açıqlanacağını bildirib.
Xatırladaq ki, yanvarın 1-də səhər saatlarımnda Kabil hava limanında partlayış səsi eşidilib. Hadisə beynəlxalq hava limanının hərbi hissəsinin girişində baş verib. İlkin məlumata görə, hadisə kamikadze terrorçunun özünü partlatması nıticəsində baş verib.
M.Vahidli