İtaliyada Birinci Dünya Müharibəsində həlak olan iki əsgərin qalıqları tapılıb


Alp dağlarının İtaliya tərəfindəki Marmolada təpəsində Birinci Dünya Müharibəsində ölən iki əsgərin qalıqları tapılıb.



İtaliyanın ANSA agentliyinin verdiyi xəbərə görə, Alto Adige bölgəsindəki Marmoladanın 2700 metr hündürlüyündəki hissəsində Birinci Dünya Müharibəsinin piyada olduğu ehtimal edilən iki əsgərin qalıqları tapılıb.

Bildirilib ki, əsgərlərin qalıqları ötən həftə bölgədə bir səyyah tərəfindən aşkar edilib.

Qalıqları tapılan əsgərlərin 1915-1918-ci illər arasında İtaliya ilə Avstriya-Macarıstan İmperiyası arasında "Ağ Müharibə" kimi tanınan Alp dağlarında gedən döyüşdə həlak olan və cəsədlərinin daha çox təpədə qalan piyadalar olduğu ifadə edilib.

Bildirilib ki, əsgərlərin qalıqları tapıldıqları yerdən çıxarılıb, ekspertizaya aparılıb, sonra isə Asiyaqodakı hərbi qəbiristanlıqda dəfn edilib.

Qeyd edilib ki, İtaliya jandarmiyası əsgərlərin geyim formalarına əsasən Komo Briqadasına bağlı olduqlarını müəyyən edib və onların kimliyini müəyyənləşdirməyə çalışacaq.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu