Cənubi Koreya Koreya müharibəsində həlak olan 25 Çin əsgərinin qalıqlarını qaytarıb


Cənubi Koreya 1950-1953-cü illər arasında Koreya müharibəsində həyatını itirmiş 25 çinli əsgərin qalıqlarını geri qaytarıb.


"Yonhap"ın məlumatına görə, sözügedən əsgərlərin qalıqları Cənubi Koreyanın paytaxtı Seulun İnçon hava limanında təşkil edilən mərasimdə Çin səlahiyyətlilərinə təhvil verilib.

Mərasimdə Cənubi Koreya müdafiə nazirinin müavini Kim Seon-ho və Çinin veteranlarla iş üzrə müavini Çanq Çinqquo da iştirak ediblər.

Cənubi Koreya 2014-cü ildə imzalanan layihə çərçivəsində indiyədək 938 Çin əsgərinin qalıqlarını geri qaytarıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu