Cənubi Koreya vətəndaşı Rusiyada casusluq ittihamı ilə saxlanılıb


Cənubi Koreya vətəndaşı Baek Won-sonun Rusiyada casusluq ittihamı ilə saxlanıldığı açıqlanıb.



Cənubi Koreya vətəndaşı Baek Von-soon Rusiyanın Vladivostok şəhərində casusluq ittihamı ilə saxlanılıb. Cənubi Koreya rəsmiləri məsələ ilə bağlı verdikləri açıqlamada hadisəni təsdiqləsələr də, saxlanılan Cənubi Koreyalının ölkəyə qayıtması üçün danışıqların davam etdiyi qeyd edilib. Bildirilir ki, Baek Won-soon onilliklər ərzində casusluqda ittiham olunan ilk Cənubi Koreyalıdır.

Cənubi Koreya Xarici İşlər Nazirliyindən verilən açıqlamada təfərrüatların araşdırıldığı və hər hansı şərh verməyin çətin olduğu qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu