Avropada meymun çiçəyi xəbərdarlığı: Risk azdır, lakin yoluxmalar arta bilər


Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi (ECDC) Avropada meymun çiçəyi virusuna yoluxma riskinin az olduğunu, lakin İsveçdə göründüyü kimi idxal hallarına rast gəlinə biləcəyini ifadə edərək, Avropa ölkələrini xəstəliklə mübarizəyə hazır olmağa çağırıb.



ECDC-nin onlayn təşkil etdiyi seminarda meymun çiçəyi virusunun Avropada gedişi haqqında məlumat verilib.

ECDC eksperti Orlando Cenciarelli Avropa əhalisi üçün ümumi riskin hazırda çox az ehtimal və aşağı təsir kimi qiymətləndirildiyini söyləyib.

Xəstəliklərlə təmasda olan insanlarda riskin yüksək olduğunu, lakin xəstəliyin aşağı sürətlə irəliləyəcəyini vurğulayan Cenciarelli, əgər yalnız başqa bir əsas xəstəliyə və aşağı toxunulmazlığa malik insanlar yoluxsa, bu xəstəliyə ən qısa zamanda orta və/və ya yüksək səviyyəyə keçəcəklərini qeyd edib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu