İsveçdə meymun çiçəyinin daha ciddi növü aşkarlanıb
Konqo Demokratik Respublikasından qonşu ölkələrə yayılan meymun çiçəyi virusu Afrika qitəsindən sonra Avropada da görülüb.
İsveçin səhiyyə və sosial məsələlər naziri Yakob Forssmed bildirib ki, ölkədə "Clade I" adlı daha ciddi tipdə meymun çiçəyi xəstəliyi var.
İsveç Xalq Sağlamlığı Təşkilatından verilən açıqlamada ilk dəfə meymun çiçəyi virusunun təhlükəli variantı olan "Clade I"-in Afrikadan kənarda təsbit edildiyi və xəstənin paytaxt Stokholmda olduğu bildirilib.
Ümumdünya Səhiyyə Təşkilatı meymun çiçəyi virusunun yayılması səbəbindən son iki il ərzində ikinci dəfə dünən qlobal ictimai sağlamlıq vəziyyətində fövqəladə vəziyyət elan edib.