Təyyarə turbulentə girdi: 2 kabinə qulluqçusu yaralandı


Yunanıstandan İngiltərəyə gedərkən şiddətli turbulentlə qarşılaşan təyyarə İtaliyanın paytaxtı Romada təcili eniş edib. Turbulentlik zamanı xidmət edən iki kabinə işçisi yaralanıb.



"Corriere della Sera"nın xəbərinə görə, İngiltərə mərkəzli hava yolu şirkəti "Easyjet"in 19 Avqustda Yunanıstanın Korfu adasından İngiltərənin London "Gatwick" hava limanına uçduğu 8210 saylı təyyarənin İtaliya hava sahəsində şiddətli turbulentlə qarşılaşdığı ifadə edilib.

Qeyd edilib ki, təyyarə İtaliya hava məkanında 8588 metr yüksəklikdə və saatda 779 kilometr sürətlə hərəkət edərkən Korfudan havaya qalxdıqdan qısa müddət sonra turbulentə düşüb.

Xəbərdə təyyarədə 175 sərnişin və 6 ekipaj üzvünün olduğu, təyyarənin turbulentə girməsi nəticəsində sərnişinlərə xidmət etməyə hazırlaşan 2 stüardessanın yaralandığı bildirilib.

Bildirilib ki, pilotlar yaralı kabin heyətinə tibbi yardım göstərilə bilməsi üçün Roma "Fiumicino" hava limanına təcili eniş etmək qərarına gəliblər.

İtaliya Milli Uçuş Təhlükəsizliyi Agentliyindən (ANSV) verilən açıqlamada quyruq nömrəli "G-EJCM" olan Airbus 320 model təyyarənin turbulentə girdiyi və 2 kabin heyətinin yaralandığı qeyd edilib.

Xəsarətlərin ciddiliyinə uyğun olaraq ANSV hadisəni qəza kimi qiymətləndirib və təhlükəsizlik araşdırmasına başlayıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu