İndoneziyada zəvvarları aparan sərnişin təyyarəsinin mühərriki alovlanıb - Təyyarə məcburi eniş edib


İndoneziyanın Makassar şəhərindən Səudiyyə Ərəbistanına zəvvarları aparan sərnişin təyyarəsi havaya qalxdıqdan sonra mühərriklərindən birinin alışması nəticəsində təcili eniş edib.



Yerli mətbuatın verdiyi məlumata görə, ölkənin ən böyük hava yolları şirkətlərindən biri olan Garuda İndoneziyaya məxsus "Boeing 747-400" tipli təyyarənin mühərriklərindən biri 450 sərnişin və 18 nəfərlik heyətlə havaya qalxdıqdan az sonra yanıb. Təyyarə Makassar hava limanına məcburi eniş edib.

Təyyarədə olan 468 nəfər xəsarət almadan xilas edilib.

Dini İşlər Nazirliyinin sözçüsü Anna Hasbie hadisədən sonra toplantı keçirdiklərini və məsələ ilə bağlı aviaşirkət rəsmilərinə xəbərdarlıq etdiklərini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu