Çində güclü yağışlar 150-dən çox insanın həyatına son qoyub


Son iki ayda Çinin cənub əyalətlərində leysan yağışları və bunun nəticəsində yaranan daşqınlar və torpaq sürüşmələri nəticəsində 150-dən çox insan ölüb.



Bu barədə ABC News xəbər verib.

Nəşr qeyd edib ki, təkcə son günlər təbii fəlakətdən onlarla vətəndaş zərər çəkib. Belə ki, Tibetin Sıçuan əyalətinin dağlıq bölgəsində torpaq sürüşməsindən sonra itkin düşən 18 nəfərin axtarışları davam etdirilir. Təbii fəlakət nəticəsində Ridi kəndində də evlər dağılıb və azı 7 nəfər həlak olub. Bundan əlavə, körpülərin uçması və oradan avtomobillərin düşməsi barədə də məlumatlar var.

Qeyd olunur ki, Çin hazırda adətən iyulun ortalarından avqustun ortalarına qədər davam edən pik daşqın mövsümünün ortasındadır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu