ABŞ-da hava limanının qadağan olunmuş ərazisinə girən qadın orda ölüb

ABŞ-da hava limanının qadağan olunmuş ərazisinə daxil olan qadın baqaj konveyerində ilişərək həyatını itirib.
AFN.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qəzanın Çikaqonun O'Hare Hava Limanında baş verdiyi bildirilir. CCTV görüntüləri naməlum 57 yaşlı amerikalı qadının gecə saat 2 radələrində hava limanının yalnız işçilər üçün nəzərdə tutulmuş hissəsinə daxil olduğunu göstərir. O, beş saatdan sonra cansız tapılıb.
Polis araşdırmalara başlayıb.