Putin kriptovalyuta istehsalı haqqında qanunu təsdiqləyib

Rusiya prezidenti Vladimir Putin kriptovalyuta istehsalının leqallaşdırılması haqqında qanunu təsdiqləyib.
Putinin imzaladığı fərmanla ölkədə kriptovalyuta istehsalı noyabr ayından etibarən qanuniləşəcək.
Fərmana əsasən Rusiya hökuməti tərəfindən müəyyən edilən fiziki şəxslər və şirkətlər müəyyən edilmiş enerji istehlakı limitlərini aşmamaq şərti ilə kriptovalyutaları hasil edə biləcəklər.