Rusiya Duması ordu haqqında yalan məlumat yayanların əmlakının müsadirə edilməsi haqqında qanunu təsdiqləyib
Rusiyada parlamentin aşağı palatası Dövlət Duması Rusiya ordusu haqqında yalan məlumat yayanların əmlakının müsadirə edilməsi haqqında qanun qəbul edib.
Dumada keçirilən iclasda Rusiya ordusu haqqında yalan məlumat yayanlara qarşı yeni cəzalar nəzərdə tutan qanun qəbul edilib.
Müvafiq olaraq Rusiya ordusu haqqında yalan məlumat yayanların bu aksiyadan əldə etdikləri əmlak müsadirə oluna bilər.
Dumanın spikeri Vyaçeslav Volodin sosial media hesabında verdiyi açıqlamada qərarı “əclaflara qarşı qanun” kimi qiymətləndirib.
Qəbul edilmiş qanunun qüvvəyə minməsi üçün əvvəlcə Rusiya Federasiya Şurası, sonra isə Rusiya Prezidenti Vladimir Putin tərəfindən təsdiqlənməlidir.