Dövlət Duması Putinin nüvə sazişini dondurmaq qərarını dəstəklədi


Dövlət Duması çərşənbə günü keçirilən plenar iclasda Rusiyanın Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsində iştirakının dayandırılması haqqında qanunu yekdilliklə qəbul edib.


Vladimir Putin bir gün əvvəl parlamentin aşağı palatasına qanun layihəsi təqdim edib. Sənədə əsasən, Rusiyanın adıçəkilən müqavilədə iştirakını bərpa etmək qərarını dövlət başçısı verəcək.
Dövlət Duması qanunu təsdiqləmək üçün Federasiya Şurasına təqdim edəcək.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu