Rusiya parlamenti də nüvə sazişini dondurur


Rusiya prezidenti Vladimir Putin Rusiyanın Strateji Hücum Silahlarının Məhdudlaşdırılmasına dair Müqavilədə iştirakının dayandırılması haqqında qanun layihəsini Dövlət Dumasına təqdim edib.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin açıqlama verib. Onun sözlərinə görə, sənəd fevralın 22-də deputatların müzakirəsinə veriləcək. Qəbul edildikdən sonra isə təsdiq üçün Federasiya Şurasına göndəriləcək. Dumanın sədri jurnalistlərə açıqlamasında qeyd edib ki, deputatlar sənədlə bağlı dərhal qərar qəbul edəcəklər. “Bundan imtina etmək belə mümkün deyil”-deyə Voldin vurğulayıb.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu