Monblan dağında buz parçasının düşməsi nəticəsində 1 alpinist ölüb

Fransanın İtaliya ilə sərhədində yerləşən Monblan dağında buz kütləsinin düşməsi nəticəsində 1 alpinist ölüb, 4 alpinist yaralanıb.
Hadisə ilə bağlı Haute Savoie qubernatorluğu X hesabında məlumat paylaşıb.
Məlumatda dağa qalxma zamanı buz kütləsinin düşməsi nəticəsində 15 nəfərlik alpinist qrupda 1 nəfərin öldüyü, 4 nəfərin yaralandığı açıqlanıb.
Qubernatorluq 10 nəfərin sağ qaldığı qəzada buz kütləsinin düşməsinə səbəb olan amillərin təbii olduğunu bildirib.