Nepallı alpinist Kami Rita 29-cu dəfə Everestin zirvəsinə qalxaraq dünya rekordu qırıb


Nepallı alpinist Kami Rita 29-cu dəfə dünyanın ən hündür nöqtəsi olan Everest zirvəsinə qalxaraq dünya rekordu qırıb.



BBC-nin xəbərinə görə, 1994-cü ildə ilk dəfə 8 min 848 metrlik zirvəyə qalxan 54 yaşlı Rita yeni dırmaşması ilə öz rekordunu qırıb və "Everest zirvəsinə ən çox dırmanan adam" tituluna sahib olub.

Nepalın ev sahibliyi etdiyi dünyanın ən yüksək nöqtəsi olan Everest zirvəsinə 29-cu dəfə çıxmağı bacaran Rita “Everest adamı” kimi tanınır.

Ritanın illərdir turist bələdçisi kimi fəaliyyət göstərdiyi bildirilir.

"Everest Today"ın sosial media hesabında edilən paylaşımda qeyd edilib ki, britaniyalı alpinist Kenton Kulun da Kami Rita ilə eyni gündə öz rekordunu qırıb.

Yazıda Kulun “əcnəbi alpinist” kimi öz rekordunu qırdığı və 18-ci dəfə Everest zirvəsinə qalxmağı bacardığı bildirilib.

Nepalın aprel-iyun ayları arasında davam edəcək dırmanma mövsümü çərçivəsində 414 alpinistə Everestə dırmanma icazəsi verdiyi paylaşılıb.

Ötən il 600-dən çox alpinist Everestin zirvəsinə qalxa bilib, onlardan 18-i həlak olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu