Pentaqon rəhbəri Haniyənin qətli ilə bağlı şərh verməkdən imtina edib


ABŞ-ın müdafiə naziri Lloyd Ostin HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətli və insidentdə İsrailin əli olub-olmaması ilə bağlı məsələyə şərh verməkdən imtina edib.


Ostin bildirib ki, hazırda Pentaqonun vəziyyətlə bağlı hər hansı məlumatı yoxdur.

Jurnalistlər hazırda Filippində rəsmi səfərdə olan Lloyd Ostindən İsmail Həniyənin qətlində İsrailin əli olub-olmaması ilə bağlı Pentaqonun məlumatı olub-olmadığını soruşub. “Bu məsələ ilə bağlı sizə heç bir məlumatım yoxdur. Biz bununla bağlı bir neçə xəbər görmüşük, amma hələlik heç bir məlumatım yoxdur”, - deyə nazir cavab verib.

HƏMAS Siyasi Bürosunun rəhbəri iyulun 31-nə keçən gecə Tehrandakı iqamətgahında öldürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu