Başına bit düşən uşaq o dərmandan istifadə edib öldü


Xızı rayon Altıağac qəsəbəsində 2017-ci il təvəllüdlü Eyvazlı Ümid Mərdan oğlu bədbəxt hadisə nəticəsində ölüb.


“Qafqazinfo”nun məlumatına görə, 7 yaşlı uşağın başına bit düşüb.

Bundan sonra azyaşlı, başına mal-qara üçün nəzərdə tutulan neastol dərmanı töküb. Gənə və parazitlərə qarşı istifadə edilən maye dərmanın tətbiqindən sonra uşağın halı pisləşib və o, Xızı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Oradan da Bakıya Respublika Klinik Xəstəxanasına gətirilən uşaq yolda dünyasını dəyişib.

Faktla bağlı Xızı Rayon Prokurorluğunda araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu