3 yaşlı uşaq anasının sırğasını uddu


Şəkidə üç yaşlı uşaq anasının sırğasını udub.


AFN.az-ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında baş verib. Şəhər sakini 2019- cu il təvəllüdlü Fərrux Fərruxlu yad cism udması ilə bağlı Şəki Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Müayinə zamanı 3 yaşlı uşağın anasına məxsus sırğanı udduğu məlum olub. F.Fərruxluya ilkin yardım göstərildikdən sonra yad cismin çıxarılması üçün Mingəçevir şəhər xəstəxanasına göndərilib.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu