Xurma ağacından yıxılan kişi öldü


Qaxda 53 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.



AFN.az-ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında Qax şəhəri ərazisində baş verib.

Qax şəhər sakini 1969-cu il təvəllüdlü Alberd Zurabaşvili yaşadığı evin həyətyanı sahəsində xurma ağacından yıxılıb.

Alberd Zurabaşvili hadisə zamanı aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu