Şəkidə yeniyetmə qız dərmandan zəhərlənib
Ötən gün saat 23 radələrində Şəki rayonunun Kiş kənd sakini, 2004-cü il təvəllüdlü Azadə Azər qızı Hacınurullayeva zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, müayinə zamanı 16 yaşlı A.Hacınurullayevanın yaşadığı ünvanda dərmandan zəhərləndiyi məlum olub. Həkim müdaxiləsindən sonra yeniyetmənin vəziyyəti stabilləşib, hazırda o, həkim nəzarətindədi.
Faktla bağlı araşdırma aparılır.