Gürcüstanla Latviya arasında gərginlik


Gürcüstanın baş naziri Latviya prezidentini maraqsız siyasətçi adlandırıb.


AFN.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. "Latviya prezidenti Edqars Rinkeviçsin Gürcüstanı tənqid edən bəyanatları gürcü cəmiyyəti üçün maraqlı deyil" - deyə Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.

Qeyd edək ki, Latviya prezidenti Edqars Rinkeviçs Gürcüstanın NATO-ya daxil olması ilə bağlı NATO sammitinin yekun qərarında əksini tapmamasını şərh edib. O, qeyd edib ki, buna səbəb Gürcüstan hökumətinin öz cəmiyyətinin, Avropa İttifaqının və NATO-nun qanunun qəbuledilməzliyi ilə bağlı bütün çağırışlarına məhəl qoymamasıdır: "Onlar qərara gəliblər ki, NATO və Aİ-yə üzv olmadan yaşaya bilərlər. Bəli, Gürcüstan formal olaraq namizəd ölkədir, amma etiraf edək ki, Gürcüstan ümumi dəyərləri qorumağa qərar verməsə, prosesi namizəd statusu ilə məhdudlaşdırmalıyıq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu