Kopenhagendə məsuliyyətli turistlər mükafatlandırılacaq


Avropa Birliyindəki bir çox ölkə artan turist sayına qarşı tədbir görməyə başlasa da, Danimarkanın paytaxtı Kopenhagen pulsuz içkilər və xizək sürmək kimi imtiyazlarla ölkəyə iqlim dostu və məsuliyyətli səyahətçiləri cəlb etməyi planlaşdırır.



İspaniyanın Barselona şəhərində həddindən artıq turizmin yaratdığı izdihamdan bezən insanlar turistlərə su tapançasından su çiləyərək etiraz edib.

Bir çox şəhərlər iisə bir günlük səyahət edənlərdən giriş haqqı almağa başlayıblar.

Bunun müqabilində Kopenhagendəki turistlər məsuliyyətli davrandıqları müddətcə gəlmələri üçün maddi və digər stimullar veriləcək.

Danimarkanın paytaxtı həddən artıq çox turistin sıxdığı digər səyahət yerlərindən fərqli olaraq, yalnız məsuliyyətli, sosial və ekoloji cəhətdən şüurlu səyahətçiləri cəlb etməyə çalışır.

Milli Turizm Şurası iqlimə uyğun, davamlı davranışı təşviq etmək üçün proqrama başlayıb.

Bazar ertəsindən velosiped sürməyi, ictimai nəqliyyatdan istifadə etməyi, limanda, şəhər parklarında və ya bağlarda zibil toplamaq kimi yüngül işlərlə məşğul olanları mükafatlandıracaq.

Yenidən istifadə oluna bilən qəhvə fincanı ilə gələnlər seçilmiş məkanlarda pulsuz kofe ala bilərlər, damdakı kafelərdə pulsuz içkilər və ya şəhərin süni xizək enişi kompleksində sərf olunan əlavə vaxt kimi yaxşı davranış müqabilində digər üstünlüklər təklif olunacaq.

Rəsmi Kopenhagen turizm şurası olan "Wonderful Copenhagen"dən Mikkel Aaro-Hansen, bu ideyanın turistlər və yerli sakinlər arasında daha qarşılıqlı faydalı və daha az narahatlıq yaradan əlaqələr yaratmaq üçün işlək yol tapmaq istəyən digər şəhərləri ruhlandıracağına ümid etdiyini söyləyib.

Mənbə: The Guardian



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu