Çin ruslara turist vizaları verməyə başlayıb


Çinin Moskvadakı səfiri Çinə turist vizası üçün müraciətlərin qəbuluna başladığını açıqlayıb.


AFN.az TASS-a istinadən xəbər verir ki, səfir Zhang Hanhuinin sözlərinə görə, ruslar artıq turist vizalarına müraciət etməkdə sərbəstdirlər. "Heç bir məhdudiyyət yoxdur", - diplomat vurğulayıb.

Səfir əlavə edib ki, turistlər üçün yeganə məhdudiyyət uçuşların olmamasıdır.

Xatırladaq ki, yanvarın əvvəlində Çin hakimiyyəti koronavirusa qarşı “sıfır tolerantlıq” siyasətindən çıxmaq çərçivəsində xaricdən gələn insanlar üçün karantin və PCR testlərini tamamilə ləğv etmişdi. Lakin bunun rusiyalı turistlərə təsir etmədiyi bildirilib. İş və ya təhsil vizası alan və ailəvi səfərlər edənlərə giriş icazəsi verildi. Bu gün məlum olub ki, Çin turizm agentlikləri fevralın 6-dan Çin vətəndaşları üçün Rusiya da daxil olmaqla 20 ölkəyə qrup turlarının təşkilini bərpa edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu