Azərbaycan şirkəti çinli turistlər üçün region turu hazırlayıb
Çindən Azərbaycana turist cəlbinə nail olmaq istəyirik. Burada onları məmnun edən hər bir şərait var.
“Zakher Travel” şirkətinin direktoru Cəfər Qarayev AFN.az-a dediyinə görə, çinlilər ət yeməyi sevirlər, Bakıda Çin mətbəxi də var. Artıq turist qrupları var, bunlar həm qolf turizmi məqsədilə, həm də gəzməyə gələnlərdir: “Bir neçə gün əvvəl bir Çin şirkəti ilə görüş keçirdik. İstəyirik onlara region turu sataq. Azərbaycan-Gürcüstan-Türkiyə turunu Çin bazarı üçün hazırlayıb təqdim edəcəyik. Azərbaycana gəliş, Gürcüstanda gəzmək, Türkiyədən qayıtmaq. Belə bir proqram hazırlamışıq. Çinlilər çox dərinə getmirlər, onlar istəyirlər az vaxtda çox yer gəzsinlər. Biz də 12 gecəlik bir paket hazırlamışıq onlara. 3 ölkəni, 8-9 şəhəri görəcəklər. Son vaxtlar Çindən gələn turistlərin sayında artım var. Düşündük ki, bu bazar işləyirsə, niyə bu xətti gücləndirməyək. Çünki alternativ bazara hər zaman ehtiyac var, Çin də milyardlıq bir bazardır”.
FƏXRİYYƏ