Putin və Modi Moskvada görüşüb


Rusiya prezidenti Vladimir Putin və Hindistanın baş naziri Narendra Modi Rusiyanın paytaxtı Moskvada görüşüb.



Kreml Sarayında keçirilən görüşün mətbuata açıq hissəsində danışan Putin, iki ölkə arasında ticarət həcminin keçən il yüzdə 66 artdığını vurğulayıb.

Bu ilin ilk rübündə ticarət həcminin yüzdə 20 artdığına diqqət çəkən Putin, "Münasibətlərimiz imtiyazlı strateji ortaqlıq xarakteri daşıyır" qeyd edib.

İki ölkənin BRİKS, Şanxay Əməkdaşlıq Təşkilatı və Birləşmiş Millətlər Təşkilatı ilə sıx əməkdaşlıq etdiyini bildirən Putin, “Ən kritik məsələlərə maraq göstərdiyinizə görə, xüsusilə də Ukrayna böhranının dinc vasitələrlə həll yollarını tapmaq üçün göstərdiyiniz səylərə görə sizə minnətdaram” deyib.

Modi çıxışında dünyanın son 5 ildə müxtəlif problemlərlə mübarizə apardığına diqqət çəkib.

Dünən Putinlə görüşdə ən qısa zamanda sülhün bərqərar olması mövzusunda konsensusa gəldiklərini ifadə edən Modi, "Bu mövzuda hər cür yardım etməyə hazırıq. Sizi əmin edirəm ki, Hindistan həmişə sülhdən yana olub. Sizi dinlədim, nikbinlik hiss etdim və gələcəyə ümid var idi” deyə vurğulayıb.

İnsanların, xüsusilə də uşaqların ölümünə görə bütün bəşəriyyətin ağrı hiss etdiyini qeyd edən Modi, “Belə ağrıları hiss edəndə ürəyimiz parçalanır və dünən bu mövzularda danışmaq imkanım oldu” deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu