Tacikistan hökuməti ölkədə hicabı tamamilə qadağan etdi


Daha əvvəl dövlət müəssisələrində və məktəblərdə hicab taxmağı qadağan edən Tacikistanda hicab tamamilə qadağan edilib. Hicabın taxılması, idxalı, satışı və reklamı ilə bağlı qadağanı pozanlar cərimələnəcək.



Tacikistan parlamenti hicab taxmağı qadağan edən qaydanı təsdiqləyib. İki həftə əvvəl parlamentin aşağı palatası olan Nümayəndələr Palatası tərəfindən qəbul edilən tənzimləmə 19 iyunda parlamentin yuxarı palatası olan Milli Məclisdə də təsdiqlənib.

20 ildir Tacikistanın prezidenti olan İmoməli Rəhmanın yeni qanunun təsdiqi ilə “ölkə mədəniyyətinə aid olmayan xarici geyim” olaraq təyin olunan hicabın taxılması, idxalı, satışı və reklamı, qadağan edilib.

Qanunu pozan vətəndaşlar 7 min 920 Tacikistan Somoni məbləğində cərimələnəcək. Dövlət məmurları qanunu pozarsa, cərimə 54 min Somoniyə, dini qurumlar pozarsa, 57 min 600 Somoniyə qədər artırılacaq.

Tacikistanda uzun müddətdir ki, hicab qeyri-rəsmi olaraq qadağan edilib. Daha əvvəl dövlət müəssisələrində hicab taxmağın qadağan edildiyi Tacikistanda 2007-ci ildə qız tələbələr üçün həm hicab, həm də mini ətək geyinməyi qadağan edən tənzimləmə qüvvəyə minib. Bu qanunla hicab qadağası rəsmiləşib.

Tacikistanda kişilərə də qeyri-rəsmi olaraq saqqal uzatmaq qadağandır. Son on ildə minlərlə kişi polis tərəfindən zorla təraş edilib. Gələcəkdə kişilərə də saqqal uzatmaq qanunla qadağan edilə bilər.

Tacikistan prezidenti İmoməli Rəhman 2017-ci ildə etdiyi çıxışda qadınların istifadə etdiyi çadra və qara paltarların tacik adət-ənənələrinə uyğun olmadığını və uzun saqqal saxlamağın dinlə heç bir əlaqəsi olmadığını deyib: “Allahı qəlbinlə sev".

Rəhman müsəlmanlara təqvalarını zahiri görkəmlə göstərməkdən əl çəkməyi tövsiyə edib.

Mənbə: Haber Global



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu