Güclü küləkdə xəsarət alanların sayı bəlli oldu


Qərb bölgəsində müşahidə olunan küləkli havada xəsarət alan şəxslərin ilkin sayı bilinib.


AFN.az xəbər verir ki, ilkin məlumata görə, qeyri-sabit hava nəticəsində Ağstafa rayonunda 3, Göygöldə 2, Mingəçevirdə isə 5 nəfər xəsarət alıb.

Yaralıların bəziləri tibb müəssisələrinə yerləşdirilib, bəzilərinə isə ambulator müalicə yazılıb. Ağstafa rayonunda xəsarət alan şəxslər 1962-ci il təvəllüdlü İ.Rzayev, 2006-cı il təvəllüdlü E.Əlibalayev və 1948-ci il təvəllüdlü T.Abbasovdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu