Banqladeşdə qaçqın düşərgələrində daşqın və torpaq sürüşməsi nəticəsində 10 nəfər ölüb
Banqladeşin Koks Bazar şəhərində Rohinca müsəlmanlarının qaldığı düşərgələrdə musson yağışlarının yaratdığı sel və torpaq sürüşməsi nəticəsində 10 nəfər həyatını itirib.
Banqladeşin 1 milyondan çox Rohinca müsəlmanına ev sahibliyi edən Koks-Bazar şəhərində musson yağışlarından sonra qaçqın düşərgələrində daşqınlar və torpaq sürüşmələri baş verib. Qaçqınlara Yardım və Repatriasiya üzrə Komissar Mizanur Rəhman açıqlamasında bildirib ki, 8, 9, 10 və 14 saylı düşərgələrdəki kazarmalar sel suları və torpaq altında qalıb. İlkin məlumatlara görə, 9-u Rohinca müsəlmanı və 1-i Banqladeşli olmaqla 10 nəfər həyatını itirib. Düşərgədə axtarış-xilasetmə işləri davam edir.
Qeyd edək ki, əksəriyyəti Myanmadakı hərbi əməliyyatlardan qaçan 1 milyondan çox Rohinca müsəlmanı Banqladeşin paytaxtı Dəkkədən təxminən 300 kilometr cənub-şərqdə yerləşən Koks Bazarda yaşayır.
Mənbə: İHA