Banqladeşdə qaçqın düşərgəsində yanğın: 1000-dən çox çadır yandı


Banqladeşin Koks Bazar şəhərindəki qaçqın düşərgəsində baş verən yanğında 1000-dən çox çadırın məhv olduğu açıqlanıb.


Cox's Bazar yanğınsöndürmə rəisinin müavini Atiş Çakma bildirib ki, ilkin tapıntılara görə, yanğında ən azı 1040 qaçqın çadırı tamamilə yanıb.

Çakma qeyd edib ki, bölgəyə sövq edilən 8 yanğınsöndürmə briqadası yanğını söndürməyə müvəffəq olub, hadisə zamanı insan itkisi qeydə alınmayıb.

Yaxınları yanğının qurbanı olan Rohinca müsəlmanı Məhəmməd Rezuvan Xan ilkin olaraq 1200-dən çox çadırın yandığı, yanğın nəticəsində 5-6 min qaçqının evsiz qaldığı xəbərini aldıqlarını bildirib.

Xan yanğının təxribat nəticəsində baş verdiyini iddia edib və bəzi Myanma üsyançı qruplarını qaçqın düşərgələrində hökmranlıq yaratmağa çalışmaqda günahlandırıb.

Komissarın Qaçqınlara Yardım və Qayıdış üzrə müavini Samsud Doza vəziyyəti yerində araşdırdıqlarını və qaçqınların sığınacaq, yemək və geyimlə təmin olunması üçün çalışdıqlarını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu