Banqladeşdə neft tankeri partlayıb: 11 nəfər yaralanıb


Banqladeşdə Suqandha çayında neft tankerində baş verən partlayış nəticəsində 11 nəfər xəsarət alıb.


Hadisə Banqladeşin Jhalkathi bölgəsindəki Suqandha çayında yerli vaxtla saat 18:00-da "Sagar Nandini-2" neft tankerində baş verib.

Partlayışdan sonra yaranan yanğında 11 nəfər xəsarət alıb. Bölgəyə çoxlu sayda yanğınsöndürən göndərilsə də, yanğını idarə etmək üçün işlər davam edir.

Yanğınsöndürmə briqadası və Mülki Müdafiə Direktorunun müavini Mizanur Rəhman verdiyi açıqlamada, Sagar Nandini-2-dən neft çıxarmaq üçün gələn yanğının Sagar Nandini-4-ə keçməsindən narahat olduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu