HƏMAS: Blinkenin İsrailə bəraət qazandırmaq cəhdi soyqırımda şəriklikdir


ABŞ dövlət katibi Entoni Blinkenin Qəzzada atəşkəs razılaşmasını pozduğuna görə İsraili bağışlamaq cəhdi onun ölkəsinin Qəzza zolağında törədilən soyqırı”a şəriklik siyasətinin davamıdır.



Bu barədə HƏMAS bəyanat yayıb.

Bəyanatda HƏMAS-ın təklif olunan təklifi müsbət və milli məsuliyyətlə, o cümlədən atəşkəs razılaşmasının əldə edilməsi və məhbusların azad edilməsi ilə bağlı bütün təklifləri qəbul etdiyi qeyd edilib.

Bəyanatda Dünyanın BMT Təhlükəsizlik Şurasının qərarı ilə bağlı Netanyahu və hökumətindən heç bir məmnunluq ifadəsi eşitmədiyi vurğulanıb və İsrailin Qəzzada hər hansı daimi atəşkəsi rədd etməkdə davam etdiyi, ABŞ prezidenti Co Baydenin təklifinə açıq şəkildə zidd olduğu qeyd edilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu