Belarus nüvə silahından istifadə etməyə hazır olduğunu bəyan edib


Rusiya Federasiyası ilə qeyri-strateji nüvə qüvvələrinin birgə təlimləri göstərdi ki, Belarus Silahlı Qüvvələri xüsusi nüvə silahından istifadə etməyə hazırdır.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Pavel Muraveyko bildirib.

Baş Qərargah rəisi həmçinin qeyd edib ki, belə təlimlər ölkənin hazırlığını və potensialını artırmaq yollarından biridir. Onun sözlərinə görə, təlimlər çərçivəsində “İsgəndər” operativ-taktiki raket kompleksləri təyin olunmuş ərazilərə keçib, xüsusi döyüş sursatı alıb, onları döyüş bölmələri ilə birləşdirib və döyüş növbətçiliyinə keçib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu