İndoneziyada itən qadının nəşi pitonun qarnından tapıldı


İndoneziyada yoxa çıxan qadının cəsədi 5 metrlik pitonun qarnından çıxarılıb.


Yerli mətbuatın məlumatına görə, Cənubi Sulavesi bölgəsindəki Kalempanq kəndində 45 yaşlı qadın iyunun 6-da bibər satmaq üçün yola düşüb.

Qadın evə qayıtmayınca yaxınları və kənd sakinləri axtarışa başlayıblar. Kənd sakinləri kəndin ətrafındakı meşədə qadının əşyalarının yanında təxminən 5 metr uzunluğunda piton tapıblar.

Qismən şişmiş pitonun qadını udmuş ​​ola biləcəyindən şübhələnən kənd sakinləri ilanı öldürüblər.

Parçalanmış pitonun qarnından 45 yaşlı qadının cəsədi çıxarılıb.

Qeyd edək ki, bu, Sulavesidə baş verən ilk belə hal deyil. Belə ki, 2017-ci ildə bölgədə yoxa çıxan şəxs 2 gün sonra 7 metrlik pitonun qarnından çıxarılmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu