Qadın 1 il evli olduğu həyat yoldaşını bıçaqlayıb öldürdü


Həyat yoldaşı ilə mübahisə edən qadın əlindəki bıçaqla ərini sinəsindən və qarnından bıçaqlayaraq öldürüb.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Pamukkalenin 15 May rayonunda gecə saatlarında E.E. və həyat yoldaşı 55 yaşlı Barış Səlahəddin Ener arasında məlum olmayan səbəbdən mübahisə düşüb. Mübahisədən sonra qadın əlindəki bıçaqla həyat yoldaşını sinəsindən və qarnından bıçaqlayıb.

Hadisə yerinə gedən təcili tibbi yardım əməkdaşları bıçaqlanan şəxsin öldüyünü müəyyən ediblər. Şoka düşən qadın təhlükəsizlik qüvvələri tərəfindən hadisə yerində saxlanılaraq polis bölməsinə aparılıb.

Təxminən bir ildir evli olan cütlüyün evindəki əşyaların bərbad olduğu öyrənilib və qətlin içkili vəziyyətdə törədildiyi iddia edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu