Gədəbəydə ər arvadını mal tövləsində baltaladı - TƏFƏRRÜAT


Gədəbəydə 32 yaşlı kişinin həyat yoldaşını balta ilə qətlə yetiriməsinin bəzi təfərrüatları məlum olub.


APA-nın yerli bürosunun məlumatına görə, həyat yoldaşını qətlə yetirən rayonun Şəkərbəy kənd sakini, 1990-cı il təvəllüdlü Elməddin Mayor oğlu Abdullayevin pisxoloji problemləri olub. Qardaşının verdiyi məlumata görə, hadisə baş verən vaxt onlar mal tövləsində olub və anidən aralarında mübahisə yaşanıb.

Bu zaman Elməddin Abdullayev həyat yoldaşı - 1990-cı il təvəllüldü Abdullayeva Könül Eyvaz qızının başına balta ilə vurub.

Qadın hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki 8 ildir ailəli olan cütlüyün 3 azyaşlı övladları var.

Hadisəni törədən Elməddin Abdullayev şübhəli şəxs qisimində salxanıb.

Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu