Dünyada hər gün 1,6 milyon insan təhlükəli qidadan xəstələnir


Dünyada hər gün təxminən 1,6 milyon insan təhlükəli qidalar səbəbindən xəstələnir.


AFN.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Qidalanma və Qida Təhlükəsizliyi Departamentinin direktoru Françesko Branka bildirib. O, qida yoluxucu xəstəliklərin 40 faizinin 5 yaşdan kiçik uşaqlarda görüldüyünü deyib.

Qlobal ərzaq tədarükünün getdikcə bir-birinə bağlı olduğunu qeyd edən Branka, təhlükəli qidanın yaratdığı risklərin tez bir zamanda yerli problemdən beynəlxalq fövqəladə vəziyyətə çevrilə biləcəyini vurğulayıb.

"Dünyanın bir çox yerlərində baş verən humanitar böhranlar ərzaq təhlükəsizliyini təhlükə altına qoyur. Qida yalnız təhlükəsiz olduqda qida ehtiyaclarını ödəyə bilər", - deyə BMT rəsmisi qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu