Qida təhlükəsizliyi hər kəsin vəzifəsidir
Bu gün Birləşmiş Millətlər Təşkilatının Dünya Qida Təhlükəsizliyi Günü, hər kəsin təhlükəsiz, bəsləyici və yetərli qidaya sahib olma haqqına diqqət çəkir.
Son illərdə qida təhlükəsizliyi ilə bağlı diqqətəlayiq inkişaflara baxmayaraq, qidalanma xəstəliklərinin qlobal ölçüsü hələ də qəbuledilməzdir. Dünyada hər il təxminən 600 milyon insanda müxtəlif kimyəvi, bakteriya, virus, parazit və toksin kimi maddələrlə çirklənmiş qidaların istehlak edilməsi nəticəsində qida zəhərlənmələri baş verir ki, bunun nəticəsində dünyadakı hər 10 insandan biri tibbi müayinəyə ehtiyac duyur. Təəssüf ki, qida təhlükəsizliyinin mahiyyətini insanlar yalnız kiçik və ya böyük miqyaslı qida zəhərlənmələri yaşadıqdan sonra anlayırlar. Bu səbəbdən təhlükəsiz qida ilə qidalanmadıqda mədə-bağırsaq infeksiyalarından tutmuş xərçəngə qədər 200-dən artıq xəstəliyə yoluxma halı baş verir.Təhlükəsiz qidalar yalnız sağlamlıq və ərzaq təhlükəsizliyinin yaxşılaşdırılması üçün deyil, eyni zamanda hər bir ölkənin yaşayış şəraiti, iqtisadi inkişaf, ticarət və beynəlxalq nüfuzuna görə vacibdir.
Dünyada ilk dəfə qeyd olunan Birləşmiş Millətlər Təşkilatının Dünya Qida Təhlükəsizliyi Günü, yediyimiz qidaların təhlükəsizliyini təmin etmək üçün səyləri gücləndirməyi hədəfləyir.
Birləşmiş Millətlər Təşkilatının iki qurumu olan Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Dünya Səhiyyə Təşkilatı (WHO), dünyada qida təhlükəsizliyini yaxşılaşdırmaq üçün qabaqcıl işlər görür.
Çirklənmə fermadan masaya qədər bütün proseslərdə baş verə bilər. Bu çərçivədə qida təhlükəsizliyi, yetişdirən, istehsal edən, satan və istehlak edən hər kəsin kollektiv məsuliyyətidir.
FAO-nun ərzaq təhlükəsizliyi və keyfiyyəti üzrə mütəxəssisi Marry Kenni-ya görə, "İstehlakçılar dəyişiklikləri təşviq etmək hüququna malikdirlər. Bundan əlavə, qida təhlükəsizliyi ilə bağlı çətinlikləri nəzərə alınmaqla, istehlakçılar ərzaq seçimlərinə gəldikdə qida və qida məhsulları ilə bağlı risklər barədə vaxtında, dəqiq və etibarlı məlumat əldə etməlidirlər. "
Təhlükəsiz olduğuna əmin olun.
Hökumətlər və qida təhlükəsizliyi orqanları təhlükəsiz və bəsləyici qidalardan istifadə edə biləcəyimizi təmin etmək üçün mühüm rol oynayırlar. Müvafiq qida qaydalarına uyğun olaraq, hökumətlər və qida təhlükəsizliyi orqanları qida təhlükəsizliyi operatorlarının bütün ərzaq zənciri boyunca qida təhlükəsizliyi risklərini idarə etmələrinə kömək edə bilər.
Merry Kenni onu da qeyd elədi ki, Avropanın və Mərkəzi Asiyanın bir çox ölkələri çoxtərəfli əməkdaşlıq və risklərə əsaslanan yanaşmaların qəbul edilməsi yolu ilə qida təhlükəsizliyi nəzarət sistemlərinin təkmilləşdirilməsi üçün böyük səylər göstərirlər. FAO-WHO tərəfindən nəşr olunan Beynəlxalq Qida Təhlükəsizliyi Standartları (Codex Alimentarius), xalq sağlamlığının qorunması və beynəlxalq ticarətin və iqtisadi inkişafın təmin olunmasında mühüm vasitədir.
Bundan əlavə, hökumətlər və müvafiq qurumlar qida təhlükəsizliyi riskləri və onların qarşısını almaq üçün ərzaq istehsalçıları və istehlakçıları məlumatlandırmaq və idarə etməkdən məsuliyyət daşıyırlar. FAO bölgədəki ölkələrə təhlükəsiz qidaların tədarükünü təmin etmək üçün regiondakı ölkələr arasında rəsmi nəzarət sistemlərinin, texniki yardım və əməkdaşlığın gücləndirilməsini dəstəkləyir.
Qidaların emalı, saxlanması, qida dəyərlərinin qorunması, qida tullantılarının minimuma endirilməsi, qida təhlükəsizliyin təmin edilməsi və məhsuldan sonrakı itkilərin azaldılması üçün özəl sektorun dəstəyi və iştirakı təmin edilməlidir.
FAO və Ümumdünya Səhiyyə Təşkilatı hər kəsin təhlükəsiz, qidalı və adekvat bəslənmə hüququna malik olduğunu və Dayanıqlı İnkişaf Məqsədlərindən biri olan Aclığa son qoymaq məqsədi üçün təhlükəsiz qidaların vacib olduğunu düşünür. Hər kəsin bu prosesə necə qoşula biləcəyini göstərmək üçün Birləşmiş Millətlər Təşkilatının hər iki agentlikləri sıx əməkdaşlıqda yeni bir təlimat hazırlamışdır. Bu təlimatda ərzaq təhlükəsizliyi ilə bağlı dayanıqlı dəyişiklik etmək üçün aşağıdakı beş addım müzakirə olunur.
1. Təhlükəsiz olduğundan əmin olun. Hökumət hər kəs üçün təhlükəsiz və bəsləyici qida təmin etməlidir.
2. Təhlükəsiz yetişdirin. Kənd təsərrüfatı və qida istehsalçıları sağlam və öndəgedən təcrübələrə və tətbiqlərə uyğunlaşmalıdırlar.
3. Təhlükəsiz saxlayın. İdarəedənlər qida təhlükəsizliyini təmin etməlidirlər.
4. Təhlükəsiz olduğunu yoxlayın. İstehlakçılar qida ilə bağlı xəstəlik riskləri barədə vaxtında, dəqiq və etibarlı məlumatlara ehtiyac duyurlar.
5. Təhlükəsizlik üçün bir araya gəlin. Hökumətlər, regional iqtisadi qurumlar, Birləşmiş Millətlər Təşkilatının qurumları, inkişaf agentlikləri, ticarət qeyri-hökumət təşkilatları, istehlakçı və istehsalçı qrupları, akademiya, tədqiqat təşkilatları və s. qida təhlükəsizliyi mövzusunda bir araya gələr.
2019-cu ildən etibarən, 7 iyun qida təhlükəsizliyinin faydalarını qeyd etmək günüdür. Dünya Qida Təhlükəsizliyi Günü Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 2018-ci ilin dekabrında qəbul edildi.