Rusiya XİN: Qərb Gürcüstanda "Maydan" hərəkatı təşkil etmək istəyir


Qərb Rusiya sərhədləri yaxınlığında gərginlik yaratmaq üçün oktyabrdan əvvəl Gürcüstanda yeni "Maydan" hərəkatı həyata keçirə bilər.



Bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Qaluzin bildirib ki, Qərb siyasətçiləri Gürcüstanda qarşıdan gələn parlament seçkiləri və xarici agentlər haqqında qanunun qəbulu ilə bağlı açıq şəkildə təzyiq göstərirlər. O, Baltikyanı ölkələrin xarici işlər nazirlərinin Tbilisiyə səfərinə də diqqət çəkib.

“Biz istisna etmirik ki, məqsəd Rusiya sərhədləri yaxınlığında daha bir gərginlik mənbəyi yaratmaq ümidi ilə hakimiyyət dəyişikliyinin “Maydan” ssenarisini həyata keçirməyə çalışmaqdır”, - deyə xarici işlər nazirinin müavini bildirib. Diplomat əlavə edib ki, ABŞ və Aİ-nin Gürcüstana münasibətdə mövqeyi ölkənin daxili işlərinə qarışmaqdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu