Zaxarovadan Stoltenberqin Rusiyaya zərbələr endirmək çağırışına münasibət


"İsveçrədə keçirilən guya sülh konfransına dəvət olunanların NATO-nun baş katibi Yens Stoltenberqin Ukraynanın Rusiya Federasiyasına zərbələrinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq çağırışı ilə tanış olması faydalıdır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.


Diplomat Stoltenberqin “NATO ölkələrini Kiyev rejiminin bütün Rusiya ərazisindəki hədəflərə hücumlarına qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağıran” bəyanatlarına diqqət çəkib.

İsveçrə iyunun 15-16-da Bürgenstok kurortunda Ukrayna ilə bağlı konfrans keçirməyi planlaşdırır. İsveçrə Federal Xarici İşlər Departamenti daha əvvəl bildirmişdi ki, Bern 160-dan çox nümayəndə heyətini, o cümlədən Yeddilik Qrupu, İyirmilik Qrupu və BRİKS ölkələrindən dəvət edib. İsveçrə hakimiyyətinin məlumatına görə, Rusiya Federasiyası bu görüşə dəvət olunanlar arasında yoxdur.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Moskva orada istənilməsə, konfransda iştirak üçün müraciət etməyəcək.

Qeyd edək ki, Stoltenberq Britaniyanın “The Economist” jurnalına müsahibəsində bildirib ki, Ukrayna Rusiyanın beynəlxalq səviyyədə tanınmış ərazisində yerləşən hərbi obyektlərə zərbələr endirmək imkanına malik olmalıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu