Fransada futbol meydançasını ildırım vurdu: bir nəfər ölüb
Fransanın şimalındakı Pa-de-Kale əyalətində futbol meydançasına ildırım düşməsi nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
“Le Figaro” qəzetinin yazdığına görə, Pas-de-Kale əyalətinin Lens şəhəri yaxınlığındakı Kuryerdə futbol meydançasına ildırım düşüb.
Qubernatorluqdan verilən açıqlamaya görə, hadisə təxminən 30 nəfərlik futbol komandası "Qabriel Peri" meydançasında məşq edərkən baş verib.
İldırım vurması nəticəsində 1 nəfər ölüb, 1 nəfər ağır olmaqla 2 nəfər yaralanıb.
Meteorologiya xidməti "Meteo France", noyabr ayından bəri yerlərdə daşqınların yaşandığı Pas-de-Kaledə fırtına səbəbiylə dünən xəbərdarlıq səviyyəsini narıncıya qaldırdı.