“İmperiya Vətəndaşları” təşkilatının liderləri Almaniyada məhkəmə qarşısında


2022-ci ilin dekabrında Almaniyada dövlət çevrilişi planlaşdırdıqları və terror təşkilatı üzvü olduqları iddiası ilə keçirilən əməliyyatda tutulan “İmperator Vətəndaşları” təşkilatının rəhbərləri olduğu iddia edilən 9 şübhəlinin Frankfurtda məhkəməsi başlayıb.


Frankfurt Ali Regional Məhkəməsində bu gün keçirilən ilk iclasda aralarında özlərini "Alman İmperiyasının vətəndaşları" (Reyxsbürger) kimi təqdim edən və təşkilatın lideri olduğu iddia edilən Şahzadə Heinrich Reus da daxil olmaqla 9 müttəhim hakim qarşısına çıxıb.

Təşkilatın 10 lideri arasında olan 73 yaşlı Norbert G. bu ilin martında dünyasını dəyişib və ölüm səbəbi ağır xəstəlik kimi göstərilib.

Bu gün başlayan məhkəmə prosesində aralarında Şahzadə Reusun da olduğu 9 nəfər terror təşkilatına üzv olmaq və ona rəhbərlik etmək, dövlət çevrilişinə cəhd etməkdə ittiham olunur.

Federal Prokurorluq iddia edir ki, bu insanlar azad demokratik əsas nizamı rədd edir və zorakılıq yolu ilə ölkə hökmdarlarını devirməyi, Şahzadə Reusun müvəqqəti prezident olmasını planlaşdırırlar.

İctimai televiziya ZDF-nin əldə etdiyi məlumata görə, terror təşkilatına üzv olduqları iddia edilən şübhəlilər Rusiyadan kömək umublar, Şahzadə Reus məktub yazaraq Rusiyadan planlaşdırılan çevrilişdə ona silahla dəstək verməsini xahiş edib. Bu məktubun Vladimir Putinə çatmadığı iddia edilir.

Bununla belə, prokurorluğun istintaq materiallarında bildirilir ki, təşkilat üzvlərinin dəfələrlə rusiyalı diplomatlarla əlaqə saxladığı müəyyən edilib.

Məhkəmədə müttəhimlər arasında xaricilərə və müsəlmanlara qarşı olduğu bilinən Almaniya üçün Alternativ Partiyasından (AfD) keçmiş Bundestaq üzvü və keçmiş hakim Birgit Malsack-Vinkemann da var.

Vinkemann müxtəlif əmlakların araşdırılmasına imkan verən üç qrup üzvünə Bundestaqın giriş hüquqlarını sızdırmaqda şübhəli bilinir.

Frankfurtda mühakimə olunan digər şəxs, Almaniya Silahlı Qüvvələrinin keçmiş zabiti Maksimilian E-nin də təşkilatın yaradıcılarından biri olduğu iddia edilir.

Frankfurt Ali Regional Məhkəməsində bu dinləmələrin 2025-ci il yanvarın ortalarına qədər başa çatdırılması planlaşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu