Əlcəzairdə məktəb gəzintisi faciəsi: 5 uşaq boğularaq öldü

Əlcəzairin paytaxtı Əlcəzairdə 5 uşaq məktəb gəzintisi zamanı çimərlikdə çimərkən boğularaq ölüb.
Əlcəzair Mülki Müdafiə Birliyi sosial media hesabından verdiyi açıqlamada paytaxtdakı Muntazah Es-Sablat çimərliyində mülki müdafiə qrupları tərəfindən dənizdən çıxarılan 7 uşaqdan birinin hadisə yerində öldüyü müəyyən edilib.
Uşaqlardan 4-nün aparıldığı paytaxtdakı Mustafa Paşa Xəstəxanasında edilən müdaxilələrə baxmayaraq, həyatını xilas etmək mümkün olmadığı, 2 uşağın isə reanimasiyada müalicəsinin davam etdiyi bildirilib.
Açıqlamada eyni çimərlikdə daha bir 10 yaşlı uşağın cansız cəsədinin tapıldığı, ancaq qastrola gələn qrup arasından olmadığı bildirilib.
Rəsmi məlumatlara görə, 2023-cü ildə ölkənin çimərliklərində, su kanallarında və bəndlərdə 200-dən çox insan həyatını itirib.