İspaniya sahillərində başsız uşaq meyiti tapılıb


İspaniyada çimərlikdə başsız uşaq meyiti tapılıb. Körpənin cəmi iki-üç yaşında olduğu güman edilir.


Körpə Tarraqona, Roda de Bera Kosta-Dorada kurortunda çimərlikdə tapılıb.

Bu səhər yerli vaxtla saat 11.30 radələrində cəsədin bələdiyyə təmizlik işçisi tərəfindən göründüyü zaman polisə xəbərdarlıq edilib.

Ehtimal olunur ki, uşağın bədənində başından başqa digər hissələri də əskik olub.

Mülki Təhlükəsizlik əməkdaşları araşdırma apararkən ərazi mühasirəyə alınıb.

Yerli KİV-in məlumatına görə, Roda de Bera şəhərinin meri Pere Virgili körpənin Aralıq dənizində batmış miqrant qayığından ola biləcəyini bildirib.

Mülki Qvardiyanın sözçüsü deyib: "Hazırda təsdiq edə biləcəyimiz yeganə şey Tarraqona əyalətindəki Roda de Bera çimərliyində körpənin cəsədinin tapılmasıdır. Siqnal bu səhər saat 8:50-də verilib. Araşdırma hələ də davam edir".

Meyit o qədər parçalanıb ki, əvvəlcə onu kukla ilə səhv salıblar və buna görə də polisə xəbər verilməyib.

Ölüm səbəbinin müəyyən edilməsi üçün yaxın saatlarda yarılma aparılacağı gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu